20 Avqust 2019, 15:05
AVROPA LİQASI
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın "Linfild" klubuna qarşı ilk oyununu səfərdə keçirəcək. Matc.az xəbər verir ki, avqustun 22-də baş tutacaq qarşılaşma "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçına saat 22:45-də start veriləcək.