"Sutyeska"ya qarşı necə hazırlaşmışdıqsa, "Qarabağ" önünə də eyni ciddiyyətlə çıxacağıq. Oyuna planlı və özüinamlı şəkildə hazırlaşırıq". Matc.az saytının məlumatına görə, bunu "Linfild"in müdafiəçisi Mark Stefford deyib.

32 yaşlı futbolçu Şimali İrlandiya mətbuatına açıqlamasında Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək oyunu dəyərləndirib.

Stefford qrup mərhələsinə vəsiqəni hədəflədiklərini söyləyib: "Budəfəki rəqib əvvəlkindən güclüdü, amma özümüzə güvənirik. Potensial uğur daim ağlımızın bir küncündədi. Ancaq unutmuruq ki, bizi güclü komandaya qarşı iki gözəl oyun gözləyir. Avrokubok macərası kollektiv daxilində inam və əhval-ruhiyyə baxımından çox vacibdi. Marbelyadakı təlim-məşq toplanışı və yoxlama görüşlərindəki güclü rəqiblər bizə əlavə güc qatdı. Orda isti və rütubətli hava şəraitində necə oynamaq lazım olduğunu öyrəndik. Monteneqroda "Sutyeska" üzərində qələbədə bu amilin böyük təsiri oldu".

Qeyd edək ki, "Linfild"lə "Qarabağ" arasında ilk oyun avqustun 22-də Belfastda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest