21 Avqust 2019, 21:35
AVROPA LİQASI
Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. 40 yaşlı mütəxəssis bu gün Belfastda təşkil olunan mətbuat konfransda Ağdam təmsilçisinin Çempionlar Liqası ilə vidalaşdığı üçün məyus olduğunu diqqətə çatdırıb
Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu gün Belfastda təşkil olunan mətbuat konfransda Ağdam təmsilçisinin çempionlar Liqası ilə vidalaşdığı üçün məyus olduğunu diqqətə çatdırıb:
"Bizi çətin oyun gözləyir. "Qarabağ" avrokuboklarda daimi çıxış edən yaxşı kollektivdi. Onların Kiprin APOEL klubuna qarşı son oyunlarına baxdım və ikinci oyunun nəticəsi məni təəccübləndirdi. Rəqib indi daha da diqqətli oynayacaq. "Qarabağ"ın növbəti matçda çox aqressiv olacağını düşünmürəm. Biz hər iki görüşdə ən yaxşı oyunumuzu sərgiləməliyik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"ın heyətində yaxşı futbolçular var".
Sabah Belfastda keçiriləcək "Linfild" - "Qarabağ" oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Cavab görüşü isə avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.