"Qarabağ" kimi rəqib önündə ilk 15 dəqiqədə 0:1 hesabı ilə geri düşəndə ən pisindən qorxursan. Rəqib təzyiqi artırsa və ikinci qolu vursaydı, vəziyyət daha da qəlizləşəcəkdi. Sona qədər intizamlı oyunu davam etdirdik".
"Komandamdan məmnun qaldım". Matc.az saytının məlumatına görə, bunu "Linfild"in baş məşqçisi David Hili deyib.
Şimali İrlandiya təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Vindzor Park"da 3:2 hesablı qələbə qazanıb.
Qarşılaşmadan sonra fikirlərini bölüşən Hili oyunçularının intizamlı çıxışından məmnunluq bildirib: "Qarabağ" kimi rəqib önündə ilk 15 dəqiqədə 0:1 hesabı ilə geri düşəndə ən pisindən qorxursan. Rəqib təzyiqi artırsa və ikinci qolu vursaydı, vəziyyət daha da qəlizləşəcəkdi. Sona qədər intizamlı oyunu davam etdirdik. Əlbəttə ki, onlar da şans əldə edəcəkdilər. Bu cür komandaya sahib olmaqdan imtina edə bilməzsiniz. Oyunçularımızın təzyiqə sona qədər tab gətirməklə hədəfə çatdılar. "Linfild"in qol vurmaq hədəfi məni çox sevindirir. Stefford rəqib üçün həmişə təhlükədi".
Baş məşqçi qürurlu olduğunu söyləyib: "Belə rəqib üzərində qələbədən sonra özümü dünyanın zirvəsində hiss edirəm. Onlar inanılmaz idilər. Yetirmələrim bacarıqlarını ortaya qoydular və istəklərinə çatdılar".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 29-da Bakıda keçiriləcək.