Şimali İrlandiyanın "Linfild" klubunun kapitanı Ceymi Malqryu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, təcrübəli futbolçu Bakıda baş tutacaq cavab görüşündə də uğur qazanacaqlarına inanır.

"İlk oyunda vəziyyət əleyhimizə olsa da, sonda qalib gəldik. Belə bir komandanı məğlub etmək bizim üçün vacib idi. Bu, bir daha göstərir ki, istənilən rəqiblə oynamaq olar. Bunun özü bir uğurdu" - deyə kapitan vurğulayıb.

Onun fikrincə, heç kim çempionlar Liqasında mübarizəni dayandırıb, Avropa Liqasına düşən komandanın bu qədər mərhələ keçəcəyini gözləmirdi: "Ancaq əlimizə düşən fürsətdən maksimum yararlandıq. Tarix yazmaq və arzularımızı həyata keçirmək üçün əla imkanımız var. Bura qədər qazandığımız uğurlarla fəxr edirik. İkinci oyunda da bunu təkrarlaya bilərikmi? Kim bilir? İstənilən halda, ilk oyunda qazandığımız nəticə bizə Bakıda sonadək mübarizə aparmağa imkan verir".

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Linfild" oyunu saat 20:00-da start veriləcək. Bu komandalar arasında Belfastda baş tutan ilk qarşılaşmada Azərbaycan çempionu 2:3 hesabıyla məğlub olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest