"Bizi çətin oyun gözləyir". Matc.az saytının məlumatına görə, bunu "Linfild"in baş məşqçisi Devid Hili deyib.
 
Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq.
 
Qarşılaşma öncəsi keçirilən mətbuat konfransında 40 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik".
 
- Bakı barədə təəssüratlarınız necədi?
- Bakı çox gözəl şəhərdi. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.
 
- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?
- Rəqib çox güclü komandadı. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacam.
 
- 1 milyon funt-sterlinqiniz olsaydı, "Linfild"in mərhələ adlamasına neçə faizini yatırardınız?
- UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, "Qarabağ" favoritdi. Bu qədər pulum olsaydı, "Qarabağ"ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim.
 
- Mərhələ keçə bilməsəniz, təyyarədə gözünüzə yuxu gedəcək?
- Adətən səfərdən evə qayıdanda baş məşqçilər çox şeyi düşünürlər. Səyahətimiz uzun olacaq. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest