21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda bir oyun baş tutub.
 
Gürcüstanın gənclərdən ibarət millisi doğma meydanda Lixtenşteynlə üz-üzə gəlib. Qonşu ölkə təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 4:0.
 
Xatırladaq ki, Lixtenşteyn yığması qrupdakı ilk oyununda Azərbaycan millisiylə ev oyununda 1:0 hesablı qələbəyə sevinmişdi.
 
Sabah 2-ci qrup çərçivəsində daha bir oyun keçiriləcək. Milli komandamız doğma meydanda Slovakiya ilə üz-üzə gələcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest