çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Rumıniya ilə qarşılaşıb.
Portuqaliyanın Fiqueyra şəhərində təşkil olunan görüşdə komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurublar.
Komandamız sabah çexiya ilə qarşılaşacaq.