"Napoli"nin ispaniyalı futbolçusu Fabian Ruis karyerasını ölkəsində davam etdirə bilər. Matc.az xəbər verir ki, onun xidmətində "Barselona" maraqlıdı.
Kataloniya klubu 23 yaşlı oyunçu üçün 60 milyon avro ödəməyə hazırdı. Baş məşqçi Ernesto Valverde yarımmüdafiənin mərkəzində Fabian Ruis - Frenki de Yonq tandeminin uğurlu olacağına inanır. "Barsa" qış "transfer pəncərəsi" zamanı keçidi reallaşdırmağa çalışacaq.
"Napoli"nin əsas heyət üzvünü 60 milyon avroya satmayacağı gözlənilir. Neapol təmsilçisi yarımmüdafiəçinin satışından daha çox gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Ruis 2018-ci ilin yayında "Betis"dən "Napoli"yə keçib.