İspaniyalı müdafiəçi Pep Çavarriya İngiltərənin "Çelsi" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, "Çelsi" İspaniyanın "Rayo Valyekano" klubundan Pep Çavarriyanın transferini elan etməkdən məmnunluğunu ifadə edib.

İspaniyalı futbolçu "Stemford Bric" təmsilçisi ilə 2031-ci ilə qədər müqavilə imzalayıb və 2026/2027 mövsümünün hazırlıqları çərçivəsində "Kobhem"də yeni komanda yoldaşları ilə məşqlərə başlayacaq.

İspaniya çempionatının 2025/2026 mövsümündə 28 yaşlı Pep Çavarriya 33 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin Konfrans Liqasında 8 matçda meydana çıxaraq 1 məhsuldar ötürmə ilə yaddaqalan olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest