İspaniyalı mütəxəssislər Xavi Ernandes və Roberto Martines Niderland millisinin baş məşqçisi postuna namizəddirlər.
Matc.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
Bildirilir ki, Niderland milli komandası 2026-cı il dünya çempionatından kənarlaşmasından sonra məşqçisiz qalıb. Ronald Kumanın rəhbərlik etdiyi Niderland yığması 1/16 final mərhələsində Mərakeşə penaltilər seriyasında 2:3 hesabı ilə uduzub.
Nə Xavi, nə də Martines Niderland Kral Futbol İttifaqı üçün prioritet namizəd olmayıblar. İlk olaraq milliyə Peter Bos və Arne Slot dəvət edilsə də, onların heç biri ilə razılıq əldə etmək mümkün olmayıb. Yalnız bundan sonra niderlandlılar diqqəti ispaniyalı mütəxəssislərə yönəldiblər.
Martines 2026-cı il dünya çempionatından sonra Belçika millisindən ayrılıb, Xavi isə "Barselona"nı tərk etdiyi vaxtdan bəri 2 ildir işsizdir. Əgər onlardan biri Niderland millisinə rəhbərlik edərsə, 1978-ci ildə komandaya rəhbərlik etmiş avstriyalı Ernst Happeldən sonra "narıncılar"ın ilk əcnəbi baş məşqçisi olacaq.













