Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.
Matc.az xəbər verir ki, Avropanın ən böyüyünü müəyyən edəcək qarşılaşmada Çempionlar Liqasının son qalibi Fransa PSJ-si ilə Avropa Liqasının kubokunu başı üzərinə qaldırmış İngiltərənin "Aston Villa" komandası üz-üzə gəlib.
Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi 2:1 hesabı ilə Birmingem klubunu məğlub edərək növbəti dəfə Superkuboka sahib olub.
Qeyd edək ki, PSJ ötən il də UEFA Superkubokunun qalibi olub. İtaliyada keçirilən həmin həlledici matçda Paris klubu İngiltərənin "Tottenhem" komandasını penaltilər seriyasında üstələmişdi.
UEFA Superkuboku
12 aprel
PSJ – "Aston Villa" - 2:1
Qollar: Kvaratsxeliya, 20, Due, 61 // Madjo, 45
Baş hakim: Ömər Əbdülqadir Artan
Baş hakimin köməkçiləri: Liban Əbdülrəzaq Əhməd, Stiven Eleazar Onyanqo Yiembe
Dördüncü hakim: Elçin Məsiyev
VAR: Fedayi San
AVAR: Pol van Bukel
Dəstək VAR hakimi: Bram Van Driş
"Red Bull Arena" stadionu (Zalsburq)












