"Monako"nun və ABŞ millisinin hücumçusu Folarin Koul Balonqun karyerasını "Tottenhem"də davam etdirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Santi Auna məlumat yayıb.

Bildirilir ki, oyunçu özü artıq "Tottenhem"ə keçməyə razılıq verib. İngiltərə klubu üçün məhz Balonqun hücum xəttini gücləndirmək adına prioritet namizəddir.

"Tottenhem" hələlik "Monako"ya hücumçu ilə bağlı rəsmi təklif təqdim etməsə də, danışıqlar vasitəçilər tərəfindən aktiv şəkildə aparılır.

Balonqunun bu yay "Monako"nu tərk edəcəyi barədə hələ iyunun sonunda məlumat verilmişdi. Hücumçunun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, onun transfer dəyəri isə 50 milyon avro qiymətləndirilir.

2025/26 mövsümündə amerikalı futbolçunun aktivində bütün turnirlərdə keçirdiyi 43 matçda 19 qol və 5 məhsuldar ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest