Stadnik təsnifat mərhələsində nigeriyalı Miessiney Mersi Genesisə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisin Sima Simadan güclü olub. Onun 1/4 finaldakı qurbanı Yekaterina Poleşçuk (Rusiya) olub.

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, 50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mariya Stadnik yarımfinala yüksəlib.

Stadnik təsnifat mərhələsində nigeriyalı Miessiney Mersi Genesisə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisin Sima Simadan güclü olub. Onun 1/4 finaldakı qurbanı Yekaterina Poleşçuk (Rusiya) olub.

Yarımfinala yüksəlmək Stadnikə Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ verib. Bununla o, karyerası ərzində 4-cü dəfə olimpiadada iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest