Azərbaycan I Liqasında III turun oyunları keçirilir. 

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma baş tutub.

"Şahdağ Qusar" səfərdə "Şimal"ı 4:1 hesabı ilə darmadağın edib.

"Mingəçevir" dogma meydanda "Gəncəbasar"a üç cavabsız qolla məğlub olub.

Günün son matçında isə "Səbail" səfərdə "Baku Sportinq"ə minimal hesabla qalib gəlib.

I Liqa
III tur
17 sentyabr (cümə axşamı)

"Şimal" – "Şahdağ Qusar" - 1:4
Qollar:
Kəlbəliyev, 74 // İsmayılov, 7; Məmmədov, 37; Camalov, 83; Baxşalı, 86
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov
Şamaxı OİK stadionu

"Mingəçevir" – "Gəncəbasar" - 0:3
Qollar:
Açimi, 39-pen; 73-pen; Əhmədov, 80
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

"Baku Sportinq" – "Səbail" - 0:1
Qol:
Said, 28
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev
"Baku Sportinq Arena"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest