"Mən nə edə bilərəm ki? Sənədləri verməyən "Zirə"di. Əlimdən gələn hər şeyi etdim. Artıq onlarla "döyüşmək" üçün gücüm yoxdu"

"Zirə"nin sabiq legioneri Jozef Bum 1 ildən çoxdu futbol oynamır. ötən mövsümün əvvəlində qəsəbə klubuna qayıtmayan kamerunlu, elə ovaxtdan topa həsrət qalıb. Bizimkilərlə müqaviləsi ola-ola toplanışa gəlməyən, zədəli olduğunu deyən Bum daha sonra başqa kluba keçməyə çalışdı. Lakin nə oldusa, müdafiəçiyə yaxın duran tapılmadı. Səbəbini özündən soruşmaq istədik.

- Hazırda futbol oynayırsan?
- Yox, hazırda futbolsuzam.

- Səbəbi maraqlıdı…
- Bir neçə təklifim var idi. Lakin indiki halda bu, uyğun deyil.

- Azərbaycan çempionatını izləyirsən?
- Yox, heç baxmıram.

- Bildiyim qədər, futbolsuz qalmağının səbəbi "Zirə"di. Sənədlərin hələ bu klubdadı və vermirlər…
- Hə, doğrudu. Arada anlaşılmazlıq olmuşdu. Hələ də sənədlərimi verməyiblər. Bütün kağızlar onlardadı.

- Klubdan kiminləsə danışırsan?
- Vitse-prezidentlə danışıram. Amma dəyişən bir şey yoxdu. Futbolsuz qalmışam və sənədlərimi də "Zirə" vermir.

- Bunun səbəbi nədi?
- Bilmirəm. Mən nə edə bilərəm ki? Sənədləri verməyən "Zirə"di. Əlimdən gələn hər şeyi etdim. Artıq onlarla "döyüşmək" üçün gücüm yoxdu.

- Bilirik ki, sən vaxtında klubu tərk etdin və qayıtmadın…
- Siz bu barədə klubdan soruşsanız, yaxşı olar. çünki onlar hər şeyi bilirlər.

- Amma qayıtmamaq sənin qərarın idi. Niyə qayıtmaq istəmədin və başqa klub axtardın?
- Qayıtmaq istəmədim, çünki bunun səbəbi var idi. İndi bu barədə danışmaq istəmirəm. çünki səbəbələri desəm, bu, "Zirə"ni gözdən salacaq. Ona görə də bu barədə danışmıram.

- Sənədlərini almaq üçün nə istəyirlər?
- Mənim keçmək istədiyim klubdan pul istədilər. Həmin klub pul ödəmək üçün razılaşdı. Lakin ödəniş vaxtı gələndə "Zirə" bundan imtina etdi. Başa düşmədim ki, nə baş verdi. Qayıtmamaq üçün səbəblərim var idi.

- Bəlkə səbəbləri açıqlayasan…
- Onları Allaha tapşırıram. O, ən yaxşı hakimdi. Haqsızları cəzalandıracaq.

- Klubun sahibinə müraciət etsəydin, bəlkə dəstək göstərərdi.
- Mən onu tanımıram. Cəmi bir dəfə görmüşəm. Heç adını da bilmirəm.

- Səbəbləri açıqlamasan, günahkar olduğunu düşünəcəklər..
- İnsanların nə düşündüyü mənə maraqlı deyil. Allah hər şeyi görür.  Mən bilirəm ki, ora qayıtmamaq üçün səbəbim var idi.

- FİFA-ya şikayət etmək istəmirsən?
- Mən şikayət etmədim. çünki istədim ki, məsələ mehribanlıqla həll edilsin. Lakin belə olmadı. futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest