Argentina millisinin sabiq hücumçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.
 
Matc.az xəbər verir ki, tarixdə həm “Mançester Yunayted”də, həm də “Mançester Siti”də çıxış edən 14 futbolçudan biri olan 40 yaşlı oyunçu həkimə müraciət etdikdən sonra gecəni klinikada keçirib. Daha Karlos yaxınlıqdakı başqa bir xəstəxanada əlavə testlərdən keçməli olub.
 
Futbolçu özü hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest