İspaniya La Liqasının VIII turunda keçirilən "Barselona" - "Sevilya" oyunu zamanı birincilərin kapitanı Lionel Messi ilə baş hakim Mateo Lahoz arasında dialoq yerli mətbuatda yayılıb. Matc.az saytı xəbər verir ki, bu, 88-ci dəqiqədə Usman Dembelenin qırmızı vərəqə aldığı epizodla bağlıdı.

Həmin vaxt referiyə yaxınlaşan argentinalı superulduz onu qırmızı vərəqə verməkdən yayındırmağa çalışıb. "Dembele sənə nə dedi? İspan dilini bilmir, necə danışacağını bilmir. Lazım deyildi", - deyən Messiyə baş hakimin cavabı belə olub: "Səhv etmirəm, Leo. Bu, hörmətsizlikdi. Diqqət et, Leo".

Qeyd edək ki, "Barselona"nın 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Dembele ilə yanaşı, "Barselona"nın müdafiəçisi Ronald Arauxo da qırmızı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest