Almaniya millisində qapıçı qalmaqalına baş məşqçi Yoahim Löv münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli çalışdırıcı 1 nömrəli qapıçı məsələsində "Bavariya"nın kapitanı Manuel Noyerə üstünlük verdiyini açıqlayıb.

Löv "Barselona"nın qolkiperi Mark-Andre ter Ştegenin etirazını qəbul etməyib: "Artıq neçənci dəfədi deyirəm: Manuel Noyer bizim kapitanımızdı və gözlənilməz bir şey olmasa, hazırkı mərhələdə bir nömrəli qapıçımızdı".

Qeyd edək ki, ter Ştegen bir müddət əvvəl millidə əsas qapıçı olmağa layiq olduğunu bildirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest