"Bavariya" "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sanedən əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi gənc oyunçunu qış fasiləsində heyətinə qatmağa çalışacaq.

Hətta bununla bağlı danışıqlara da start verilib. Belə ki, 23 yaşlı Sanenin meneceri Devid Qardner Bundesliqa çempionunun rəsmiləri ilə də görüşüb. "Bavariya" ciddi zədəsinə baxmayaraq, futbolçunun keçidindən imtina etmir.

Qeyd edək ki, Leroy Sane ötən mövsüm meydana çıxdığı 47 oyunda 16 qol, 18 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest