Yoxlama oyununda Argentina yığması ilə qarşılaşacaq Almaniya milli komandası itki ilə üzləşib. Matc.az xəbər verir ki, Conatan Ta sıradan çıxıb. 
 
Bu barədə Almaniya millisinin mətbuat xidməti məlumat yayıb. Qripə yoluxan müdafiəçi yığmanın heyətindən çıxarılıb.
 
Almaniya millisi yoxlama oyununda bu gün, saat 22:45-də Argentina ilə qarşılaşacaq. Yoahim Lövün rəhbərlik etdiyi kollektiv oktyabrın 13-də isə Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Estoniya ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest