"Beşiktaş" Turin "Yuventus"unun sabiq ulduz hücumçusu Duşan Vlahoviçlə müqavilə imzaladığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan 3 illik müqavilə bağlayıblar. Serbiyalı forvard Türkiyədə mövsüm başına 7,5 milyon avro qazanacaq.

Xatırladaq ki, Duşan İtaliya klubu ilə müqaviləsi başa çatdıqdan sonra, cari ilin 1 iyul tarixindən etibarən azad agent statusunda idi.

Serbiyalı hücumçu 2022-ci ilin yanvarından "Yuventus"un şərəfini qoruyub. O, "qoca sinyora"nın heyətində 168 matçda meydana çıxıb, 68 qol və 16 məhsuldar ötürmə ilə yaddaqalan olub, həmçinin İtaliya Kubokunun (2023/2024 mövsümü) qalibi adını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest