İtaliyanın "Milan" klubu fransalı hücumçu Kristofer Nkunku ilə yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, "Milan" komanda ilə məşqlərə buraxılmaması barədə Kristofer Nkunkunu məlumatlandırıb. Nkunku icarəyə verilə və ya birdəfəlik transfer oluna bilər. İtaliyadakı və xaricdəki klublar onun agentləri ilə danışıqlar aparırlar.

İtaliya A Seriyasının 2025/2026 mövsümündə 28 yaşlı Kristofer Nkunku 32 matça çıxıb, bu oyunlarda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin İtaliya Kubokunda 2 oyunda iştirak edərək 1 qolla yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest