14 Avqust 2026, 11:41
FUTBOL
"Napoli"nin kapitanı Covanni Di Lorentso klubu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, müqavilənin bütün əsas detalları futbolçunun agenti Mario Cuffredi ilə artıq razılaşdırılıb, yalnız rəsmi imzalar qalıb.
33 yaşlı sağ cinah müdafiəçisi 2019-cu ildən, "Empoli"dən 8 milyon avroya transfer olunduğu vaxtdan neapolluların heyətində çıxış edir.
İtalyan futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı isə onun dəyərini 7,5 milyon avro qiymətləndirir.
Ötən mövsüm kapitanın aktivində 35 matçda 2 qol və 1 məhsuldar ötürmə olub.













