Moskva "Lokomotiv"inin "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevi komandanın sükanı arxasına gətirmək istədiyi iddia edilir.

Matc.az xəbər verir ki, bu barədə rusiyalı insayder Timur Qurtskaya məlumat yayıb.

Bildirilir ki, paytaxt təmsilçisinin hazırkı baş məşqçisi Mixail Qalaktionovun mümkün istefası gündəmdədir və "Lokomotiv" rəhbərliyi məhz Berdiyev variantı üzərində düşünür.

Klubdan saytımıza verilən məlumata görə, Rusiya mətbuatında yayılan bu iddialara baxmayaraq, "Turan Tovuz" rəhbərliyi 73 yaşlı təcrübəli mütəxəssislə müqavilə müddətini artırıb. Belə ki, türkmənistanlı mütəxəssis 2027/2028 mövsümünün sonuna qədər Qərb təmsilçisinin sükanı arxasında qalacaq.

Qeyd edək ki, təcrübəli mütəxəssis geridə qalan mövsümdə Tovuz klubu ilə Azərbaycan çempionatının bürünc medallarına sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest