16 Oktyabr 2019, 11:21
FUTBOL
"Real" ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Luka Modriç yenidən sıradan çıxıb.
Xorvatiya millisinin heyətində AVRO-2020-nin seçmə mərhələsində Uelslə görüşdə zədələnən ulduz futbolçu klubunda tibbi müayinədən keçib. Onun La Liqanın növbəti turunda "Malyorka" ilə qarşılaşmanı buraxmaq ehtimalı yüksək qiymətləndirilir. Həmin oyunda zədələnən uelsli Qaret Beylin də durumu sual altındadı.
Hətta Modriçin oktyabrın 26-da "Barselona" ilə keçiriləcək "El Klasiko"nu buraxması da istisna edilmir.