"Liverpul"un futbolçusu Trent Aleksandr-Arnold "Ginnesin rekordlar kitabı"na düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 21 yaşlı oyunçu Premyer Liqada müdafiəçilər arasında qol ötürməsi ilə rekord müəyyənləşdirib.

O, 2018-19 mövsümündə 12 məhsuldar ötürmə ilə buna nail olub. İngiltərə millisinin üzvü "Everton"un sabiq oyunçuları Endi Xinçkliff (1994-95) və Leyton Beynsin (2010/11) 11 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, Trent Aleksandr-Arnold bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 1 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest