"Barselona"nın yarımmüdafiəçisi Karles Alena İngiltərəyə köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Tottenhem" gənc futbolçunun transferində maraqlıdı.

Əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı orta sahə oyunçusunu Kataloniya klubu da satmağa hazırdı. "Barsa" Alenaya 75 milyon avro qiymət qoyub. "Tottenhem" komandanı tərk etməyə hazırlaşan Kristian Eriksenin boşluğunu məhz Alena ilə doldurmaq niyyətindədi.

Qeyd edək ki, Karles Alena bu mövsüm "Barselona"nın heyətində cəmi 1 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest