I divizionda VIII tura start verilib. Matc.az saytının məlumatına görə, ilk gündə 3 görüş baş tutub.
Liderlər zonasında qərarlaşan "Sabah-2" "Keşlə"nin ikinci komandası ilə görüşdə xal itirib.
"Kəpəz" Zaqatalada darmadağına məruz qalıb - 0:3. "Ağsu" - "Sumqayıt-2" qarşılaşmasında da meydan sahibləri eyni hesabla qalib gəlib.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
I divizion
VIII tur
24 oktyabr
"Ağsu" - "Sumqayıt-2" - 3:0
Ceyhun Rəcəbli, 2; Elçin Əliyev, 3, 15
"Sabah-2" - "Keşlə-2" - 1:1
Filip İvanoviç, 27 - Tunar Mütəllimov, 38
"Zaqatala" - "Kəpəz" - 3:0
İbrahim Qədirzadə, 15; Bəhruz Teymurov, 45+3; Kamal Dənziyev, 88