Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib. Matc.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də oynayacağı şəhər və qrup müəyyənləşib.
Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7-12 yanvar 2020-ci il tarixlərinə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.
Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.
Azərbaycan millisinin oyunlarının təqvimi:
A qrupu
7 yanvar
19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
8 yanvar
22:30. Bolqarıstan – Hollandiya
9 yanvar
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10 yanvar
23:00. Polşa – Azərbaycan
B qrupu
7 yanvar
16:00. Almaniya – Türkiyə
8 yanvar
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya
9 yanvar
16:00. Belçika - Xorvatiya
10 yanvar
16:30. Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika
Final mərhələsi
11 yanvar
20:15 A1 - B2
23:45. B1 - A2
12 yanvar
20:30. Final