"Parma" rəhbərliyi baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirib. İtaliya təmsilçisi boş qalan bu vəzifəyə tanınmış mütəxəssis Alberto Cilardinonu gətirib.
Matc.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 44 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Sözləşmədə müddətin daha iki il uzadıla bilməsi barədə bənd də yer alıb. 2006-cı ilin dünya çempionu olan Cilardino bu postda sentyabrın 27-də istefaya göndərilən Karlos Kuestanı əvəzləyib.
Qeyd edək ki, Alberto Cilardino futbolçu karyerası dövründə, 2002-2005-ci illərdə "Parma"nın şərəfini qoruyub və keçirdiyi 116 oyunda 56 qola imza atıb. Onun son iş yeri "Piza" klubu olub. Təcrübəli baş məşqçi karyerası ərzində "Reçato", "Pro Verçelli", "Siena" və "Cenoa" komandalarını da çalışdırıb.
"Parma" İtaliya çempionatında cari mövsümün ilk 5 turunda cəmi 4 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.













