Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-lə qarşılaşacaq "Qarabağ"ın nümayəndə heyəti Kipr klubunun muzeyinə baş çəkib. Kipr təmsilçisinin prezidenti Prodromos Petrides "Qarabağ" rəsmiləri üçün ekskursiya təşkil edib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-lə qarşılaşacaq "Qarabağ"ın nümayəndə heyəti Kipr klubunun muzeyinə baş çəkib. Matc.az xəbər verir ki, bu barədə nikosiyalılar tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Kipr təmsilçisinin prezidenti Prodromos Petrides "Qarabağ"ın İdarə Heyətinin üzvü Fevzihan Aras, klubun direktoru Əmrah çəlikəl, baş meneceri Asif Əsgərov və mətbuat katibi Nurlan İbrahimov üçün ekskursiya təşkil edib. Maraqlıdı ki, muzey yeni açıldığından, "Qarabağ" oranı ziyarət edən ilk xarici klub olub.

Qeyd edək ki, bu gün "GSP Arena"da keçiriləcək APOEL – "Qarabağ" matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest