"Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. "Qarabağ" işimizi çox çətinləşdirdi, yaxşı komandadı".
"İkinci hissəni əla keçirdik. Uşaqları təbrik edirəm". Matc.az saytının məlumatına görə, bunu APOEL-in kapitanı Nikolas Yoannu deyib.
Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Yerli mətbuata açıqlamasında matçı dəyərləndirən müdafiəçi hələ hər şeyin bitmədiyini düşünür: "Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. "Qarabağ" işimizi çox çətinləşdirdi, yaxşı komandadı. "Qarabağ"la bu mövsüm avrokuboklarda keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi. Ancaq biz qələbəyə və növbəti mərhələyə layiq olduğumuzu göstərdik. Qrupumuzdakı digər komanda "Düdelanj" da Avropa Liqasında təsadüfən olmadığını göstərib. Onlara səfərdə qalib gəlmək üçün tam şəkildə köklənməliyik".
Qeyd edək ki, növbəti mərhələdə "Qarabağ" noybarın 28-də "Sevilya"nın qonağı olacaq.