"Bizim üçün xüsusi gündü və yaxşı nəticə ilə bunu qeyd etmək xoşdu. Qələbə qazana bilməsəydik, heç də yaxşı olmayacaqdı". Matc.az xəbər verir ki, bunu APOEL rəsmisi Nektarios Petevinos deyib.

Mətbuat xidmətinin rəhbəri yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la keçirilən oyunu (2:1) dəyərləndirib.

Petevinos qələbəyə baxmayaraq, hələ heç nəyin həll olunmadığını söyləyib: "Futbolda yaxşı oyun göstərməkdən çox nəticə önəmlidi. "Qarabağ"la matç isə qələbə qazandığımız oyun idi. Bu da komandanın xarakterini göstərir. APOEL çətinliyi sevən və bu durumdan çıxmağı bacaran komanda olduğunu bir daha ortaya qoydu. Uğurlu nəticə ilə qrupdakı taleyimizi də yaxşılaşdırdıq. Hələ heç nə bitməyib. üç komandanın da növbəti mərhələ şansı davam edir. Bu üç klub arasında elə böyük fərq yoxdu. Sona qədər mübarizə davam edəcək".

Kipr klubunun nümayəndəsi V turda "Düdelanj"la səfərdə keçiriləcək qarşılaşma barədə də fikir bildirib: "Düdelanj"la oyun final matçına bərabərdi. çünki Lüksemburq komandası da növbəti mərhələni hədəfləyir. Artıq xalqımız da bizi dəstəkləyir".

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək V turun digər oyununda "Qarabağ" "Sevilya"nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest