İspaniya La Liqasının XV turunda "Atletiko" ilə oyun "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz ilk dəfə "Vanda Metropolitano" qol sevinci yaşayıb.

Həmçinin onun yeganə qolu sayəsində "Barsa" da ilk dəfə bu arenada qələbə qazanıb. Son dəqiqələrdəki qələbə topunun assistini edən Luis Suares bununla 28-ci dəfə Messinin fərqlənməsinə şərait yaradıb. Eyni sayda da Leo uruqvaylının qol vurması üçün kömək edib. Tandem 56 qolu birlikdə təşkil edib ki, bu, XXI əsrdə La Liqanın ən uğurlu dueti sayılır.

Qeyd edək ki, 14 oyunda 31 xal toplayan "Barselona" əzəli rəqibi "Real"la liderliyi bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest