İspaniya Superkubokunun təqvimi müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımfinal mərhələsinin oyunlarının başlama saatı açıqlanıb.
Yanvarın 8-də "Valensiya" ilə "Real", ertəsi gün isə "Barselona" ilə "Atletiko" üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Qaliblər yanvarın 12-də final matçında qarşılaşacaq. Həlledici qarşılaşma isə 22:00-a təsadüf edəcək.
İspaniya Superkubokunun oyunları Səudiyyə Ərəbistanında keçiriləcək.