Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ın qonağı olacaq "Düdelanj" bugünkü qarşılaşmaya baş məşqçisiz çıxacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandanın çalışdırıcısı Bertran Krasson cəzalı olduğu üçün görüşü tribunadan izləməli olacaq.
Lakin belçikalı mütəxəssis oyun zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək. Krasson oyundan əvvəl və matçın fasiləsində paltardəyişmə otağına girə bilməyəcək. Ancaq baş məşqçi tapşırıqlarını telefon və ya ratsiya vasitəsilə köməkçisinə çatdıracaq. Bildirilir ki, UEFA qaydalarına görə, baş məşqçinin telefonla əlaqə saxlamasına icazə verilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.