Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Kiyev "Dinamo"sunun "Luqano" ilə keçirdiyi oyunu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. Matc.az saytının məlumatına görə, Ukraynada baş tutan qarşılaşma qollu bərabərliklə nəticələnib.

İsveçrə təmsilçisi 45-ci dəqiqədə hesabı açsa da, ev sahibləri son dəqiqələrdə məğlubiyyətdən qurtulub - 1:1. Ağayev bu görüşdə qonaqların 4 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, bu nəticədən sonra "Dinamo" və "Luqano" müvafiq olaraq 3-4-cü yerləri tutaraq avrokuboklarla vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest