Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.
 
Nəticədə "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud turun ən yaxşısı seçilib. 18 yaşlı ingilis futbolçu sonuncu turda komandasının Niderland "Alkmaar"ına 4:0 hesabıyla qalib gəldiyi oyunda dubla imza atmaqla buna nail olub.
 
Qrinvud digər iddiaçılar Joris Nyanyon ("Renn"), Bukayo Saka ("Arsenal") və Dioqu Jotanı ("Vulverhempton") qabaqlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest