Belə ki, Marselo, Lukas Vaskes, Xames Rodriqes, Eden Azar və Marko Asensio Kataloniya təmsilçisi ilə matçda iştirak etməyəcək. Buna səbəb onların zədədən əziyyət çəkməsidi.

"Real" İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış "Barselona" ilə oyun üçün iştirak ərizəsini açıqlayıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq.
 
Belə ki, Marselo, Lukas Vaskes, Xames Rodriqes, Eden Azar və Marko Asensio Kataloniya təmsilçisi ilə matçda iştirak etməyəcək. Buna səbəb onların zədədən əziyyət çəkməsidi.
 
Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube;
 
Müdafiəçilər: Dani Karvaxal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Naço, Ferlan Mendi;
 
Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, Federiko Valverde, İsko;
 
Hücumçular: Kərim Benzema, Qaret Beyl, Luka Yoviç, Vinisius Junior, Rodriqo.
 
Sabah keçiriləcək "Barselona" – "Real" matçına saat 23:00-da start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest