Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov müqavilə ilə məxsus olduğu İngiltərənin "Vulverhempton" klubuna qayıdıb. Matc.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Dadaşov icarə əsasında forma geyindiyi "Pasuş de Ferreyra" klubundan ayrılıb. O, 6 aydı formasını geyindiyi Portuqaliya təmsilçisində gözlənilən performansı sərgiləyə bilmədiyi üçün icarə müddətinin bitməsinə 6 ay qalmış klubdan göndərilib.
Dadaşovun bir müddət "Vulvergempton"un düşərgəsində olacağı, daha sonra bu mövsümün sonunadək yenə başqa bir komandaya icarəyə veriləcəyi gözlənilir.