İngiltərə Premyer Liqasında son 10 ildə ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb. Mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç də siyahıda var. 32 yaşlı qolkiper 10 il ərzində 714 dəfə qurtarış edərək, 5-ci yerdə qərarlaşıb.

İngiltərə Premyer Liqasında son 10 ildə ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb. Matc.az saytının Bosniya və Herseqovina mətbuatına istinadən məlumatına görə, mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç də siyahıda var.

32 yaşlı qolkiper 10 il ərzində 714 dəfə qurtarış edərək, 5-ci yerdə qərarlaşıb. Bu baxımdan lider hazırda "Uotford"da çıxış edən Ben Fosterdi. O, 996 dəfə rəqiblərə fərqlənmək imkanı verməyib. "Mançester Yunayted"li David de Xea ikinci (825), "çelsi" və "Arsenal"ın sabiq üzvü Petr çex (763) üçüncü yeri tutub. "Vest Hem"in üzvü Lukaş Fabyanski isə 738 qurtarışla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə "Bornmut"da məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest