"Qarabağ" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Yeni gələn futbolçuların performansı sizi qane edir?
- Hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda milli fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq.

- Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı var?
- Yox. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest