İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Selta"dan Stanislav Lobotkanı transfer edib.
 
Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
22 dəfə Slovakiya millisinin formasını geyinən Lobotka, yığmada üç qol vurub. O, Slovakiya millisinin Aç-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşdığı və 5:1 hesabıyla qalib gəldiyi oyunda komandasının ilk qolunu vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest