25 Yanvar 2020, 18:19
FUTBOL
Birinci Divizionda mövsümün ikinci dövrəsinə hazırlığın qalan hissəsini Bakıda davam etdirən “Kəpəz” bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, gəncəlilər “Səbail-2” komandası ilə qarşılaşıb.
“ASCO Arena”da baş tutan görüş 1:0 hesabı ilə paytaxt klubunun xeyrinə nəticələnib.
“Kəpəz” paytaxtda olduğu müddətdə daha bir yoxlama oyunu keçirəcək. Gəncə təmsilçisi “Keşlə-2” ilə qarşılaşacaq. Bu görüş isə yanvarın 28-də ASK Arenada baş tutacaq. Matç saat 12:00-da başlayacaq.