Fransanın "Anje" klubunun prezidenti Said Şaban həbs olunub. Matc.az xəbər verir ki, o, cinsi təcavüzdə təqsirkar bilindiyi üçün yerli polis tərəfindən saxlanılıb.
 
3 qız 55 yaşlı prezidentin onlara qarşı təcavüz etdiyini bildirir. Onların hər üçü "Anje"də çalışır.
 
Məlumatı Liqa 1 təmsilçisinin vəkili də təsdiqləyib. Lakin onun sözlərinə görə, Şaban bu ittihamları rədd edib və istintaqın nəticəsində günahsız olduğunu isbat edəcəklərinə əmindi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest