PSJ-nin sabiq baş məşqçisi Unay Emeri Mbappe barədə danışıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis fransalı oyunçunun dünyanın ən yaxşısı ola biləcəyini bildirib:

"PSJ-də işləyəndə oyunçularımın ən yaxşı olmaları üçün səy göstərirdim. Orada hər kəsin çempionlar Liqasını qazana biləcək gücü var. Mən hazırda İspaniyadayam. çox istərdim ki, Mbappe La Liqada oynasın. Məncə, o, dünyanın ən yaxşı oyunçusu ola bilər".

Mbappe 2017-ci ildən Paris təmsilçisində çıxış edir. O, dəfələrlə "Real Madrid" azarkeşi olduğunu açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest