"Real Madrid"in futbolçusu Toni Kroos gələcək karyerası barədə açıqlama verib. Matc.az xəbər verir ki, almaniyalı futbolçu hələ bir müddət oynamağa davam edəcəyini bildirib:

"Mənim "Real Madrid"lə 2023-cü ilə qədər müqaviləm var. O zaman mənim 33 yaşım olacaq. Gələcək karyeram barədə düşünməyə vaxtım olacaq. Ancaq onu deyim ki, 38 yaşına qədər oynamağı düşünənlərdən deyiləm. Karyeramın sonuna az qaldığının fərqindəyəm".

Toni Kroos 2014-cü ildən Madrid təmsilçisində çıxış edir. O, bu müddətdə "kral klubu" ilə 4 dəfə çempionlar Liqasını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest