Fransanın "Renn" klubunun prezidenti Olivye Letanq postundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
47 yaşlı funksioner 2017-ci ildən "Renn"in prezidenti idi. Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq klubun idarə heyətinin sədri Jak Delano yerinə yetirəcək.
 
"Renn" hazırda Liqa 1-də 4-cü sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest