Fevralın 16-dan 19-dək Bakıda təlim-məşq toplanışında olacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası daha sonra Maltaya yola düşəcək. Matc.az xəbər verir ki, millimiz ayın 20-dən 26-dək Salino şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
Azərbaycan - Cəbəllüratiq
21 fevral. Ta’Qali. "Kentenari" stadionu. Saat 13:30
Şotlandiya – Azərbaycan
23 fevral. Ta’Qali. "Kentenari" stadionu. Saat 10:30
Azərbaycan – Malta
26 fevral. Ta’Qali. "Kentenari" stadionu. Saat 13:30
Oyunların başlama saatı Malta vaxtı ilə göstərilib.